Mən Rauf Nemətzadə, Abşeron rayonu Xırdalan şəhəri 1 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi, həmçinin fiziki tərbiyə fənni üzrə MİQ və Sertifikasiya hazırlığı üzrə təlimçiyəm.
2022-ci ildən etibarən fiziki tərbiyə ixtisası üzrə müəllimlərin və namizədlərin MİQ və Sertifikasiya imtahanlarına hazırlığı istiqamətində fəaliyyət göstərirəm.
Sertifikasiya nəticəm — 57 bal
Sertifikasiya imtahanında 57 bal nəticə göstərmişəm. Bu nəticə mənə imtahanın məzmununu, sual strukturunu və hazırlıq prosesində tələb olunan yanaşmanı daha yaxından qiymətləndirməyə imkan verir.
Fəaliyyət istiqamətlərim
- MİQ hazırlığı
- Sertifikasiya hazırlığı
- Fiziki tərbiyə üzrə nəzəri dərslər
- Mövzu testləri və sınaq imtahanları
- Video dərslər
- Müəllimlər üçün metodiki dəstək
- Tədris materiallarının hazırlanması
RaufNemetzade.az və FizikiTerbiye.az
RaufNemetzade.az və FizikiTerbiye.az fiziki tərbiyə müəllimləri və namizədləri üçün hazırlanmış tədris və hazırlıq platformalarıdır.
Bu platformalarda nəzəri materiallar, testlər, video dərslər, sınaq imtahanları və müxtəlif tədris resursları təqdim olunur.
Əsas məqsədim fiziki tərbiyə fənninin daha sistemli, anlaşıqlı və praktik şəkildə öyrənilməsinə, müəllim və namizədlərin isə MİQ və Sertifikasiya imtahanlarına daha məqsədyönlü və effektiv hazırlaşmasına dəstək olmaqdır.
Hazırlıq prosesində yalnız testlərin həllinə deyil, mövzuların dərindən mənimsənilməsinə, düzgün yanaşmanın formalaşdırılmasına və imtahan strategiyasının qurulmasına xüsusi diqqət yetirirəm.
Öyrən. Hazırlaş. Nəticə göstər.